Logo

Tarix Muzeyində Qarabağ tarixi və mədəniyyəti ilə bağlı zəngin kolleksiya toplanıb

20.06.2022 13:16 391 baxış
IMG

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ tarixi və mədəniyyəti ilə bağlı zəngin kolleksiya toplanıb.

"Tehsil.biz" xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Bildirilib ki, Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin əsasını qoyan Pənahəli xan Cavanşirin (1693-1763) başdaşı bərpadan sonra ictimaiyyətə təqdim olunub.

Pənahəli xan Ağdamın İmarət qəbiristanlığında dəfn olunmuş, orada onun qəbri üzərində türbə inşa edilmişdi. Türbədə xanın qəbri üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilib muzeyə verilib.

Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında müasir vasitə və üsullardan istifadə etməklə başdaşı üzərindəki yazı və naxışlara xələl yetirilmədən təmizlənib, zədəli yerləri bərpa edilib. Eyni zamanda, İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub.

Xəbər lenti