Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Bakının Xətai rayonunda yerləşən 207 saylı körpələr evi və uşaq bağcasında “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın mahiyyəti və təlimin təşkili” mövzusunda tədbir keçirilib.
İnstitutdan Tehsil.biz-ə verilən məlumata görə, tədbirdə məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Məktəbəqədər təhsil sahəsində son illər qəbul edilən əsas sənədlər bu sistemdə işləyən mütəxəssislərin səriştəliliyini, metodik işin təşkilini, yeni yanaşmaların səmərəli tətbiqini, təlim prosesinin idarə olunmasını, valideynlərlə işin forma və metodlarını zəruri edir.