“İmtahan tarixlərini yanvarın 18-dən sonra elan oluna bilər və bundan öncə imtahan ardıcıllığını təqdim edəcəyik. Daha sonra imtahan tarixləri dəqiq müəyyənləşəcək”.
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.
O, imtahan tarixlərinin pandemiya şərtlərindən asılı olduğunu qeyd edib:
“Tarixlər pandemiyanın şərtlərindən asılıdır. Təkliflərimizi hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişik. 9 və 11-ci sinif imtahanlarının strukturu isə artıq bəllidir”.