"Gürcüstanda yaxın günlərdə məktəblərin açılması barədə yayılan məlumatlar əsassızdır. Mövcud yoluxma sayı və vəziyyət bu barədə danışmağa imkan vermir".
Tehsil.biz xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə söyləyib.
“Uşaqları düzgün mühitdə böyütməyin və onlara təhsil verməyin vacibliyindən tez-tez danışırıq. Bununla bağlı Təhsil Nazirliyi ilə birgə işləyirik. Uşaqların sağlamlığı və təhlükəsizliyinin qorunmasının əsas məsələ olduğunu unutmamalıyıq. Buna görə də bəzi fikirlərimiz olsa da, bu mövzuda daha diqqətli davranırıq”, - deyə nazir bildirib.
Y.Tikaradze vurğulayıb ki, imkan olan kimi qısa müddətdə Təhsil Nazirliyi uşaqların təhlükəsiz şəkildə məktəblərə getməsi üçün hər cür şəraiti təmin edəcək.