Logo

DTX Tarix və hüquq fakültəsinin məzununu saxladı

21.06.2022 08:38 9941 baxış
IMG

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub. 

Tehsil.biz xəbər verir ki, onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Xatırladaq ki, Ehtiram Xəlilov 1992-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, 2003-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil almışdır.

Xəbər lenti