Gəncədə 12 yaşlı uşaq yelləncəkdən yıxılaraq xəsarət alıb.
Tehsil.biz xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanı parkında baş verib.
2010-cu il təvəllüdlü N. Abbasova elektriklə işləyən yelləncəyin qırılması nəticəsində hündürlükdən yıxılıb. Azyaşlı sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda onun səhhətinin normal olduğu bildirilir.