Logo

Təhsil nazirindən qanunsuz pul yığılması ilə bağlı AÇIQLAMA

21.06.2022 12:49 727 baxış
IMG

Təhsil naziri uşaq bağçalarında valideynlərdən qanunsuz pul alınmasına münasibət bildirib.

"Tehsil.biz"in məlumatına görə, nazir Emin Əmrullayev bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini qeyd edib:

"Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və orada olan vəziyyət buna imkan vermir. Bəzi hallarda isə bu insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır”.

E.Əmrullayev xatırladıb ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlayıb, yaxın həftələrdə yəqin ki, ictimaiyyət qərarları görəcək.

Xəbər lenti