Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin ll tədris ili tələbəsi Murad Hüseynli Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin Bakı Slavyan Universiteti üzrə koordinatorudur.
Qeyd edək ki, Murad Hüseynli 2020-ci ildə aktiv fəaliyyətinə görə "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi tərəfindən "İlin koordinatoru" seçilib.
Biz də növbəti uğuru münasibətilə Murad Hüseynlini təbrik edir, ona təhsildə və gələcək sosial fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.