"2022-ci il üçün xaricdə doktorantura təhsili üzrə ikinci qəbula iyul ayında start veriləcək".
Tehsil.biz xəbər verir ki, bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Dövlət Proqramları çərçivəsində xaricdə təhsil" mövzusunda vebinarda çıxışı zamanı deyib.
O bildirib ki, bu il üçün ilk qəbul prosesi artıq başa çatıb və yaxın günlərdə seçilən şəxslər açıqlanacaq.