Logo

BANM-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun təlimi keçirilib

21.06.2022 16:48 421 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Ali Məktəbin 82 tələbəsi iştirak edib.

Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vitse-prezidenti, tanınmış telejurnalist Günel Gözəlovanın təqdimatında "Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarkən nə etməli?” və bir sıra beynəlxalq layihələrin müəllifi, Fondun Proqram Departamentinin rəhbəri Xudaverdi Quliyevin təqdimatında “Layihələrin yazılması və idarə olunması” mövzularında olub. 

"Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı" adlı layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş "Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilir.

Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların inkişaf etdirilməsi və həmçinin sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsi layihənin əsas məqsədləridir. Layihənin digər bir məqsədi isə təhsil alan tələbələr arasında dostluq və yoldaşlıq hisslərinin yaradılması və ünsiyyətin möhkəmləndirilməsidir.

Xəbər lenti