Logo

Böyük Britaniya səfiri ASAPES-də olub - FOTOLAR

21.06.2022 19:28 91 baxış
IMG

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) olub.

Tehsil.biz xəbər verir ki, ASAPES-in Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov qonağı Elmi - Tədris Laboratoriyası və Multimedia Mərkəzi ilə tanış ediblər. Səfirə hər iki mərkəz haqqında geniş məlumat verildikdən sonra konfrans zalında Akademiyanın fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Daha sonra gələcək əməkdaşlıq perspektivləri və digər istiqamətlər üzrə müzakirələr aparılıb. "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Nərgiz Hacıyeva söhbət zamanı Ceyms Şarpa birgə layihələrin icrasına hazır olduqlarını bildirib. Həmçinin səfirin diqqətinə çatdırılıb ki, ASAPES-in Böyük Britaniyanın UCL, Koventri, Liverpool John Moores Universitetləri ilə birgə əməkdaşlığı çərçivəsində ikili diplom proqramları həyata keçirilir, Akademiyamızın “İdman tibbi və reabilitasiya”, “İdman menecmenti" və “İdman jurnalistikası” magistr proqramının tələbələri Böyük Britaniyada tədris-təcrübə proqramında yer alırlar.

Xəbər lenti