“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi proqramı 28 ali, 18 orta, 10 peşə təhsili müəssisəsini əhatə edib.
Təhsil Nazirliyindən bildirilib ki, 30 mindən çox könüllü üzvü olan birlik il ərzində 350-dən çox tədbir təşkil edib və ümumilikdə 60 min 439 könüllü fəaliyyət saatı qeydə alınıb. Tələbə-könüllülərin dəstəyi ilə baş tutmuş tədbirlərdə minimum könüllü sayı 1, maksimum isə 527 nəfər olub.
2021-2022-ci tədris ilində fəaliyyət dairəsini genişləndirən birlik Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədilə 250-ə yaxın tələbə-könüllünü cəlb edib.