Logo

"Lənkəran məktəblilərinin yay festivalı" keçiriləcək

22.06.2022 09:21 593 baxış
IMG

İyunun 23-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı, Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi ilə "Lənkəran məktəblilərinin yay festivalı" keçiriləcək.

Tehsil.biz xəbər verir ki, festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil ediləcək.

Festivalda 700-dən çox şagird, 100-dən çox valideyn və müəllimin, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalılarının, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlərin iştirakı nəzərdə tutulub.

Festivalda “Yay məktəbi” çərçivəsində bilik yarışmaları, futbol oyunları keçiriləcək, fənlər üzrə nümunəvi dərslər tədris ediləcək, həmçinin peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Eyni zamanda, şagirdlərə ixtisas seçimi və peşə bacarıqlarının aşılanması istiqamətində maarifləndirici tədbirlər həyata keçiriləcək, rəsm və kitab sərgisi nümayiş etdiriləcək.

Tədbirin bədii hissəsində tamaşa və konsert proqramı nəzərdə tutulub.

Xəbər lenti