Logo

BANM dosenti Avropa Yer Elmləri və Mühəndisləri Assossasiyasının konfransında çıxış edib

22.06.2022 10:07 310 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının dosenti Qəşəm Zeynalov İspaniyanın Madrid şəhərində keçirilən Avropa Yer Elmləri və Mühəndisləri Assossasiyasının (European Association of Geoscientists and Engineers (EAGE) 83-cü İllik Konfrans və Sərgisində iştirak edib.

Tehsil.biz xəbər verir ki, tədbirə onlayn formatda qoşulan Qəşəm Zeynalov “Azərbaycanın Kür çökəkliyində Məhsuldar qat fasiyasının çökmə şəraitinin təhlili” ("Environmental Facies Analysis of the Productive Series in the Kura Basin, Azerbaijan") mövzusunda elektron-poster məruzə ilə çıxış edib.

Məruzə məqaləsi həmçinin EAGE Earthdoc Geoscience elektron məcmuəsində çap olunub.

Xəbər lenti