Logo

I və IV ixtisas qrupları üzrə yay imtahanları üçün 11 mindən çox abituriyent qeydiyyatdan keçib

22.06.2022 11:39 203 baxış
IMG

I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat iyulun 4-ü saat 23:59-dək davam edəcək.

Tehsil.biz Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10-a olan məlumata görə, indiyədək I ixtisas qrupu üzrə 11 min 48 nəfər (Azərbaycan bölməsi 9 min 972, rus bölməsi – 1076), IV ixtisas qrupu üzrə 2 min 186 nəfər (Azərbaycan bölməsi üzrə 1852, rus bölməsi üzrə 334) qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlər “Şəxsi kabinet”inin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2 /) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat iyunun 21-də başa çatıb.

Xəbər lenti