Logo

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun son günü

15.01.2021 12:45 598 baxış
IMG

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulu bu gün başa çatır.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 yanvar saat 23:59-dək davam edəcək.

 

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Xəbər lenti