Logo

Elm Tarixi İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq elmi konfransda məruzə ediblər - FOTO

22.06.2022 15:06 88 baxış
IMG

AMEA-nın Elm Tarixi İnstitutunun Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları İtaliyada “Tətbiqi sosial elmlər, iqtisadiyyat, idarəetmə, və təhsil tədqiqatları” mövzusunda keçirilən V beynəlxalq elmi konfransda iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, konfransda institutun Təbiət və dəqiq elmlər şöbəsinin müdiri Vüsalə Həsənova “Azərbaycanda meliorasiya və su təsərrüfatı: Qarabağın işğalından sonra və əvvəl” mövzusunda, həmin şöbənin əməkdaşı Aybəniz Osmanova isə “Qədim Hindistanda riyaziyyat” mövzusunda məruzələrini təqdim ediblər.

Müxtəlif ölkələrdən iştirakçıların qatıldığı konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə birgə həyata keçiriləcək layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyıb.

Konfrans iştirakçılarına sonda sertifikatlar təqdim olunub.

Xəbər lenti