Logo

“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda seminarlara başlanılıb - FOTO

22.06.2022 15:23 290 baxış
IMG

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin direktorları üçün “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda seminarlara başlanılıb.

Tehsil.biz xəbər verir ki, seminarların keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində təşkil olunan peşəyönümü xidməti ilə bağlı məktəb rəhbərlərini maarifləndirmək, eyni zamanda, məktəbin pedaqoji heyəti, valideyn və şagirdlərlə bu istiqamətdə görüləcək işləri müəyyənləşdirməkdir.

Qeyd edək ki, bu tipli seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti