Logo

İnformasiya Texnologiyaları İnstitutunda magistrantlar imtahan veriblər

22.06.2022 17:24 290 baxış
IMG

İyunun 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantları informasiya mühafizəsi və təhlükəsizliyi, informasiya texnologiyaları və telekommunikasiya sistemləri, eləcə də kompüter elmləri ixtisasları üzrə imtahan veriblər.

Tehsil.biz xəbər verir ki, imtahanda 7 magistrant öz biliyini sınayıb. Növbəti imtahanların isə iyunun 28-də, iyulun 1-də və 5-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılıb.

Xəbər lenti