Logo

Bu abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər

22.06.2022 17:28 115 baxış
IMG

Tovuz və Naxçıvanda fəaliyyət göstərən Məşqçilik (61, 78 və 84-cü komissiyalar üzrə) komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Tehsil.biz xəbər verir ki,  Abituriyentlər Tovuz və Naxçıvanda fəaliyyət göstərən Məşqçilik Qabiliyyət İmtahanı Komissiyaları (61, 78 və 84-cü komissiyalar) üzrə "İmtahana buraxılış vərəqələri"ni çap edə bilərlər. İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:

-      imtahana buraxılış vərəqəsini; 

-     sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);

-      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana gecikən abituriyentlər imtahana buraxılmayacaqlar.

Xəbər lenti