Logo

Fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclasları keçirilib

22.06.2022 17:32 227 baxış
IMG

22 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, İşçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının təkmilləşdirilməsinin yekun müzakirəsi olub.

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

Kitabçalar nəşr üçün redaksiyaya təqdim edilib.

Xəbər lenti