Logo

Elektron təhsil mühitinin kibertəhlükəsizlik problemləri araşdırılır

22.06.2022 18:01 107 baxış
IMG

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarı “Education 4.0 platformasında elektron təhsil mühitinin kibertəhlükəsizlik problemlərinin təhlili” mövzusuna həsr olunub.

Tehsil.biz xəbər verir ki, onlayn seminarda təhsil müəssisəsinin elektron təhsil məlumatlarına təhlükələr və onların təsirləri, ümumiləşdirilmiş e-universitet təhlükəsizlik sistemi, bu sahədə təhlükəsizliyin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edilib.

İnstitutun əməkdaşı Rəna Məlikova mövzuya dair çıxış edərək müvafiq təhlükəsizlik təhdidlərinin sistematik təhlili olmadan təhsil məlumatlarının mühafizəsini təmin etməyin mümkünsüz olduğunu söyləyib. Elektron təhsildə məlumatların təhlükəsizliyinin təmin edilməsinin əsas üsullarına təşkilati, proqram təminatının mühafizəsi və avadanlığın qorunması vasitələrinin aid olduğunu diqqətə çatdırıb.

R.Məlikova təhsil müəssisəsinin elektron təhsil məlumatlarına olan təhlükələr haqqında söhbət açıb.

Sonda mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti