Logo

İbtidai sinif müəllimləri üçün təlimlər başa çatıb

22.06.2022 19:00 295 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən inkişaf planı təqdim olunmuş məktəblərin ibtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər başa çatıb.

Tehsil.biz xəbər verir ki, təlimin sonuncu günü sertifikasiya imtahanında müəllimlərə dəstək məqsədilə metodika və pedaqogika üzrə çərçivə sənədi təqdim edilib və sənəddə qeyd olunan mövzularla bağlı izahatlar verilib.

Təlimlərdə inkişaf planları təqdim olunan 5 tam orta məktəbin ibtidai sinif müəllimləri iştirak ediblər. Onlara Azərbaycan dili, riyaziyyat, metodika və pedaqogikadan təlimlər keçirilib.

Qeyd edək ki, təlimlərin məqsədi ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarına əsasən onlara metodik dəstəyin göstərilməsi olub. İyunun 23-dən isə 178, 154, 35, 18 və 51 nömrəli tam orta məktəblərin ibtidai sinif müəllimləri üçün eyni məzmunda növbəti təlimlərə başlanılacaq.

 

Xəbər lenti