22 iyun tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, “Şöhrət” ordenli bəstəkar Mir Faiq Sücəddinov ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, Mir Faiq Sücəddinovu 75 illik yubileyi münasibətilə təbrik edən E.Əliyev, bəstəkara möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Bəstəkar da, öz növbəsində diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə öz minnətdarlığını bildirib.