Logo

Mingəçevir Dövlət Universitetinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb

15.01.2021 13:16 877 baxış
IMG

14 yanvar 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov ilə görüşüb.

 

MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə görüşdə rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən tarixi Zəfər münasibətilə M.İsmayılovu təbrik edib, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı qalibiliyyətin qazanılmasında canından və qanından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

 

30 illik yurd həsrətinə son qoyan şanlı Zəfər yürüşündə MDU-nun əməkdaşları, tələbə və məzunlarının iştirakından qürur duyduğunu bildirən Ş.Bayramov döyüşlərdə göstərdikləri mərdlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə onların müxtəlif medallarla təltif edilməsinin MDU-nun kollektivi tərəfindən böyük fəxarət və rəğbət hissləri ilə qarşılandığını diqqətə çatdırıb.

 

Tarixi Zəfərin əldə edilməsində pay sahibi olduğu üçün fəxr etdiyini bildirən M.İsmayılov ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğının göstərilməsindən məmnunluğunu ifadə edib.

 

Sonda M.İsmayılova MDU-nun Fəxri Fərmanı təqdim edilib.

Xəbər lenti