Logo

Bakıda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

23.06.2022 00:45 315 baxış
IMG

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Cəfərzadə Məhbubə Əli qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Xəbər lenti