Logo

ADPU tələbələri universitetlərarası bədii yaradıcılıq müsabiqə-festivalında birincilik qazanıblar

23.06.2022 01:13 171 baxış
IMG

İyunun 22-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan  ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, müsabiqə-festivalda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 6 tələbəsi müxtəlif nominasiyalarda yer tutublar. Belə ki, müsabiqədə vokal ifası nominasiyasında Riyaziyyat fakültəsinin II kurs tələbəsi Dilarə Abdullayeva I yer, aşıq musiqisi nominasiyasında SABAH qruplarının III kurs tələbəsi Nəzrin Məlikova I yer, şeir nominasiyasında Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Muradlı III yer, muğam ifası nominasiyasında Filologiya fakültəsinin II kurs tələbəsi Ülkər Paşayeva III yer, musiqi alətində ifa nominasiyasında İncəsənət və fiziki tərbiyə fakültəsinin I kurs tələbəsi Arif Səmədzadə III yer, habelə, ADPU-nun xor kollektivi III yer tutmuşlar. 
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. 

Qeyd edək ki, Pedaqoji Universitet tələbələrinin müsabiqədə qazandıqları göstəricilərlə digər ali təhsil müəssisələrini üstələyərək ümumi hesabda da birinci yerdədir.

Xəbər lenti