Logo

“Qarabağın maddi və mənəvi mədəniyyəti” toplusunun çap üçün müzakirəsi aparılıb - FOTOLAR

23.06.2022 12:06 177 baxış
IMG

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Tehsil.biz xəbər verir ki, Elmi şuranın gündəliyindəki ilk məsələ ilə əlaqədar müəssisənin əməkdaşları Valeh Ələkbərovun Tovuz rayonu ərazisində yerləşən Hüseynqulutəpə qədim yaşayış yerində, Tükəzban Alıyevanın Gədəbəy rayonunda yerləşən “Koroğlu qalası”nda, Bəhlul İbrahimlinin Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan ərazisində və Təvəkkül Əliyevin Ağcabədi rayonunun Qala təpə antik və orta əsr şəhər yerində apardıqları arxeoloji tədqiqatların qısa hesabatı təqdim olunub.

İclasda institutun yarımillik hesabatı dinlənilib və qəbul edilib. “Şuşa İli” çərçivəsində institut əməkdaşlarının birgə hazırladıqları “Qarabağın maddi və mənəvi mədəniyyəti” toplusunun çap üçün müzakirəsi aparılıb.

İnstitut əməkdaşları tarix elmləri doktoru Fəzail Vəliyev və Nigar Mustafayeva Elmi şuranın üzvlüyünə qəbul ediliblər. İnstitutun Etnoarxeologiya şöbəsinin müdiri professor Nəcəf Müseyibli Elmi şuranın iclaslarında iştirak etmədiyinə görə səsvermə yolu ilə üzvlükdən azad olunub.

 

Xəbər lenti