Logo

Tarix Muzeyində “Qırmızıbayraqlı 416-cı Taqanroq atıcı diviziyası” adlı toplu qorunur

23.06.2022 12:28 250 baxış
IMG

Azərbaycanın 1941-1945-ci il İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsi üçün ön və arxa cəbhələrdə verdiyi misilsiz töhfələrdən saysız-hesabsız elmi, publisistik, bədii əsərlər yazılıb. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi xalqımızın tarixinin bu şanlı səhifəsinin yaddaşlarda həkk edilməsi məqsədilə həmin dövrə aid xeyli dəyərli materiallar toplayıb. Bu baxımdan muzeydə “Qırmızıbayraqlı 416-cı Taqanroq atıcı diviziyası” adlı toplu, müxtəlif musiqi əsərləri qorunur.

Tehsil.biz xəbər verir ki, Qeyd edilən toplu 1944-cü ildə “Azərnəşr”də (rus dilində) çap olunub. Topluda mühüm hökumət qərarları, o cümlədən diviziyaya “Qırmızı Bayraq” ordeninin verilməsi haqqında fərman, diviziyanın döyüş uğurları, əsgər və zabitlərinin şücaətinə dair mətbuatda yer almış yazılar daxil edilib.

Azərbaycanın incəsənət xadimləri, yazıçı və musiqiçiləri əsgərləri mənəvi cəhətdən ruhlandırmaq üçün dəyərli əsərlər yaradıblar. 1943-cü ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatında tərtib edilən “Zəfər bizimdir” musiqi əsərləri məcmusunda Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Soltan Hacıbəyov, Şəfiqə Axundova və Ağabacı Rzayevanın Süleyman Rüstəm, Məmməd Rəhim, Əhməd Cəmil, Abdulla Şaiqin sözlərinə bəstələdiyi “Yaxşı yol”, “İrəli”, “Zəfər bizimdir”, “Vətən mahnısı” əsərlərinin not yazıları və mətnləri yer alıb.

Həmin materiallar muzeyin Sənədli Mənbələr fondunda mühafizə olunur.

Muzeyin faşizm üzərində qələbənin 70 illiyinə hə

Xəbər lenti