Logo

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi VII Məktəblilərarası fənn müsabiqəsinin qalibləri sırasında

23.06.2022 12:42 304 baxış
IMG

VII Məktəblilərarası fənn müsabiqəsinin qalibləri sırasında Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi də var.

Liseyin VII sinif şagirdləri Elman Kərimli və Cabir Abbasov müsabiqənin qızıl, VII sinif şagirdi Ədalət Tağıyev gümüş, VII sinif şagirdi Məhəmməd Abdinov və VI sinif şagirdi Cahangir Zeynallı isə bürünc mükafatına layiq görülüb.

Tehsil.biz xəbər verir ki, Bu tədris ilində VII Məktəblilərarası fənn müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla, 5 fənn üzrə VI və VII sinif şagirdləri arasında keçirilib. Müsabiqə iki mərhələdən ibarət olub. Müsabiqənin rayon (şəhər) mərhələsində ölkənin bütün regionlarından təxminən 22 min, final mərhələsində isə 4 min şagird iştirak edib. Onlardan 225-i qalib olub. Fənn müsabiqəsi məktəblilərin beynəlxalq olimpiadalara hazırlığı baxımından böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti