Logo

BDU-da imtahan sessiyası uğurla davam edir

15.01.2021 13:33 562 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası davam edir.

 

Microsoft Teams platforması üzərindən keçirilən imtahanlarda bütün tələbələr fəal iştirak edir. İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri də izləyirlər.

 

Tələbələrin şikayət və təkliflərinə baxılması məqsədilə yaradılan BDU rektorunun yanında yaradılmış Apellyasiya Komissiyası və "Qaynar xətt" müraciətləri dinləyərək, qarşıya çıxan problemləri operativ araşdırır.

 

13-14 yanvar 2021-ci il tarixində bakalavriat pilləsində təhsil alan 516 qrup üzrə 11215 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 135 ixtisaslaşmada 117 fənn üzrə 692 magistrant imtahan verib. BDU-nun Qazax flialında isə 764 tələbə imtahanlarda iştirak edib.

Xəbər lenti