Logo

ASAPES və “İnkişaf naminə idman” İctimai birliyi "BP Azərbaycan" şirkətinin dəstəyi ilə yeni layihənin icrasına start verdi - FOTOLAR

23.06.2022 13:38 97 baxış
IMG

ASAPES və “İnkişaf naminə idman” İctimai birliyi "BP Azərbaycan" şirkətinin dəstəyi ilə yeni layihənin icrasına start verdi.

Tehsil.biz xəbər verir ki,  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və "İnkişaf naminə idman" İctimai Birliyinin “BP Azərbaycan” şirkətinin və tərəfdaş təşkilatların dəstəyi ilə birgə həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inkluziv təhsilə keçid) təşkili üzrə layihə"nin meneceri, Azərbaycan Milli Paralimpiya Komitəsin fəxri vitse-prezidenti Natiq Qasımov, "İnkişaf naminə idman" İctimai Birliyinin rəhbəri Mehman Kərimov və beynəlxalq ekspert Antoni Seinsböri (Anthony Sainsbury) Akademiyanin prorektoru Təhminə Tağı-zadə ilə görüşüblər.

Görüşdə layihə barəsində fikir mübadiləsi aparılıb və icra planlarının gələcək perspektivləri müzakirə edilib. Qonaqlar Akademiyada yaradılmış mövcud infrastruktur və görülmüş işlərlə tanış olduqdan sonra qısa müddətdə əldə edilmiş nəticələri yüksək qiymətləndirərək Akademiyanın gələcək fəaliyyətinə və layihənin icrasına uğurlar arzulayıblar.

 

Xəbər lenti