Logo

Biofizika İnstitutunun gənc alimi Monpelye Universiteti doktorantlarının sessiyasında məruzə edib

23.06.2022 14:34 72 baxış
IMG

AMEA-nın və Fransanın Monpelye Universitetinin 2019-cu ildə elan etdiyi ikili diplom proqramı üzrə doktorantura müsabiqəsinin qalibi, AMEA-nın Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlı tədqiqat işlərinin nəticələrini təqdim edib.
Akademiyadan Trhsil.biz-ə bildirilib ki, Zərifə Osmanlı Monpelye Hüceyrə Biologiyası Mərkəzində keçirilən Monpelye Universiteti doktorantlarının sessiyasında “Kanonik zülallar və onların izoformları arasında struktur vəziyyəti fərqinin proteom miqyasında bioinformatika analizi ilə müəyyən edilməsi” mövzusunda məruzə ilə çıxış edib.


Gənc alimin çıxışı maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti