Logo

UNEC-in 68 tələbəsi Fransanın Monpelye Universitetinin məzunu olub

23.06.2022 16:31 315 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 68 tələbəsi Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramının məzunu olub.

Tehsil.biz xəbər verir ki, proqrama əsasən, tələbələr I və II kursda İqtisad Universitetində, III kursda Montpellier Universitetində təhsil alırlar, 4-cü kursda isə UNEC-də təhsillərini davam edirlər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin beynəlxalq menecment və biznes ixtisası üzrə diplomunu əldə edirlər.

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayan iki diplom proqramından indiyədək 68 tələbə məzun olub. 2022/2023-cü tədris ilində isə 10 tələbənin həmin proqramda iştirak etməsi nəzərdə tutulur.

Xəbər lenti