Logo

ASAPES magistrantları “Kristal Palas” klubunun qonağı olublar - FOTOLAR

23.06.2022 18:45 304 baxış
IMG

Tədris-təcrübə proqramı çərçivəsində Böyük Britaniyada olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman jurnalistikası” magistr proqramının tələbələri İngiltərə Premyer Liqasında çıxış edən Londonun “Kristal Palas” Futbol Klubunu ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, magistrantlar “Media sahibkarlığı” modulunu tədris edən Ceyms Tukerin rəhbərliyi və “Kristal Palas” nümayəndəsinin müşayiəti ilə klubun stadionu, media mərkəzi, mətbuat konfransı zalı, Sky-Box, VİP yerləri, media nümayəndələri üçün ayrılmış zona və paltardəyişmə otaqları ilə tanış olub oyunöncəsi proseslərin planlaması, media nümayəndələri ilə işin təşkili, oyunçu və tamaşaçıların görüşləri və sairə məsələlərin gedişatı haqqında məlumat əldə ediblər.

Sonda tələbələr konfrans zalında “Kristal Palas”ın keçmiş futbolçusu Moyzes Şeybudan müsahibə alıblar.

Xəbər lenti