Logo

Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri mükafatlandırılıb - FOTOLAR

23.06.2022 19:27 330 baxış
IMG

İyunun 23-də Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri mükafatlandırılıb. Tədbirə bilik yarışında qalib elan edilən 65 şagird dəvət olunub.

Tehsil.biz xəbər verir ki, Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Təhsil İnstitutunun direktor müavini Aytən Zamanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə iştirak ediblər.

Olimpiada Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında keçirilib.

Tədbirin sonunda musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri ilə Bakı şəhəri üzrə olimpiadalara hazırlıq dərsləri artıq 2-ci həftədir ki davam edir. Bölgələrdən olan qaliblərlə isə dərslər gələn tədris ilinin əvvəlindən etibarən keçiriləcək.

 

Xəbər lenti