Logo

Dərslər nə vaxt başlasın? - SORĞU

23.06.2022 22:08 879 baxış
IMG

Azərbaycan məktəblərində dərslərin sentyabrın 1-dən başlanması təklifi müzakirələrə səbəb olub. Deputat Fazil Mustafanın gündəmə gətirdiyi təklifə Təhsil Nazirliyi "yox" cavabını verib. Nazirlikdən bildirilib ki, hökumətin qərarına əsasən, dərslər 15 sentyabr tarixindən başlanılır və bu qərarda hər hansı dəyişiklik gözlənilmir.

Tehsil.biz xəbər verir ki, Modern.az mövzunun aktuallığını nəzərə alaraq, bu sualla paytaxt sakinlərinə müraciət edib.

Sorğuda iştirak edən respondentlərin bir qismi dərslərin əvvəlki illərdə olduğu kimi 1 sentyabrda, bəziləri isə 15 sentyabrda başlamasını məqsədəuyğun hesab edir. Lakin hər iki tərəf özünü haqlı saysa da, səbəbləri xeyli fərqlidir.

Xəbər lenti