Logo

Ədliyyə Akademiyası ilə birgə prokurorluq əməkdaşları üçün təlim keçirilib

23.06.2022 22:47 277 baxış
IMG

2022-ci il üçün prokurorluq orqanları qarşısında duran vəzifələrin icrasına dair Tədbirlər Planına əsasən, 23 iyun 2022-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının işçiləri üçün “Yeni növ ekspertizalar və tədqiqat işinin təşkili” mövzusunda əyani formada təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirə təlimçi qismində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ixtisaslı əməkdaşları cəlb edilib.

Tədbir zamanı təlimçilər tərəfindən “Elmi-tədqiqat işinin təşkili qaydası”, “Kompüter-texniki, kontrafakt məhsulların və əqli mülkiyyət obyektlərinin tədqiqi”, “Audio və video yazıların ekspertizaları” və “Məhkəmə-linqvistik ekspertizalarının inkişaf perspektivləri” mövzuları üzrə mühazirələr deyilib, dinləyicilərin maraq doğuran sualları cavablandırılıb.

Xəbər lenti