22 iyun tarixindən etibarən Türkiyə Respublikası Milli Təhsil Nazirliyini təmsil edən nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb.
Tehsil.biz xəbər verir ki, Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Protokol çərçivəsində Bakı və Qəbələdə açılması planlaşdırılan peşə təhsili müəssisələrinin, xüsusilə də emalatxanaların tikintisi və avadanlıqla təmin olunmasının müzakirə edilməsi, perspektivlərinin genişləndirilməsi və növbəti addımların razılaşdırılmasıdır.