Logo

Bitki mühafizəsi, aqronomluq və iqtisadiyyat istiqamətlərində yeni kitablar ADAU-nun kitab fonduna əlavə edilib - FOTOLAR

24.06.2022 12:33 355 baxış
IMG

 

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramında təhsil alan tələbələr üçün alınan dərs vəsaitlərinin növbəti hissəsi ADAU-nun kitab fonduna daxil edilib.

Tehsil.biz
xəbər verir ki, Kitabların alınmasında məqsəd təhsilin keyfiyyətinin artırılması, kitabxanaların modern və innovativ sistemlərlə ayaqlaşması həmçinin, tələbə və mütəxəssislərin xarici mənbələrdən daha rahat istifadə etməsidir.

Eral M. Ünsalın “İktisada giriş”, Corrine Glesne “Nitel Araştırmaya Giriş”, Fariz Maliksoy “Ziraatçılar İçin Matematik”, Julie Pallant “SPSS kullanma kılavuzu”, Linda E. Graham “Bitki Fizilojisi”, Nezihe Tunail “Mikrobiyoloji”, Genrich Altshuller “İcat Çıkarma Kitabı-TRİZ” kitabları dərs vəsaiti olmaqla yanaşı həmdə mütəxəssislər üçün qiymətli mənbələrdir.

Kitablardan istifadə etmək istəyən tələbə və müəllimlər ADAU-nun əsaslı kitabxanasına yaxınlaşa bilərlər.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin əsaslı kitabxanası 1929-cu ildən fəaliyyət göstərir. Kitabxana Mühəndislik korpusunda yerləşməklə sahəsi 1907 kv.metr, ümumi fondu 643417, kitab fondu 441414 ədəddir. Yüksək sürətli və fasiləsiz internet, 66 ədəd kompyuter, 2 printer və digər informasiya texnologiyaları avadanlıqları oxucuların kitabxananın fondundan səmərəli istifadə etmələrinə geniş imkanlar yaradır.

Xəbər lenti