On bir dövlət orqanında mövcud olan 48 vakant vəzifə üzrə iyunun 6-dan başlanan daxili müsahibələr davam edir.
Tehsil.biz xəbər verir ki, elana çıxarılan vəzifələr üzrə 108 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:50-dək olan məlumata görə, 46 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin iyunun 24-dək keçirilməsi planlaşdırılır.