Logo

BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda çap olunub

24.06.2022 13:05 305 baxış
IMG

BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda çap olunub

Tehsil.biz xəbər verir ki, Bakı Dövlət Universitetinin Sənaye Kimyası və Mikrobiologiya və Virusologiya elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Ələkbər Hüseynzadə, Ülviyyə Həsənova, Aygün İsrayılovanın həmmüəllif olduqları “9-fenantrenkarboksialdehid əsasında tiodihidropirimidin törəməsinin sintezi, kristal quruluşu, Hirşfeld səth, in siliko və antibakterial tədqiqatları” adlı məqalə impakt faktorlu “Journal of Molecular Structure” jurnalında (İF=3.196, Q3) çap olunub. Tədqiqat işi 9-fenantrenkarboksialdehid əsasında yeni dihidropirimidinin Bijinelli reaksiyası şəraitində sintezi və onun bioloji aktivliyinin tədqiqinə həsr olunub. Birləşmənin quruluşu Nüvə Maqnit Rezonans (NMR) və kütlə-spektroskopiya (mass) üsulları ilə tədqiq olunub.

Bundan əlavə, qeyd olunan birləşmənin monokristalları alınıb. Onlar rentgen şüalarının difraksiyası üsulu (SC-XRD) və Hirşfeld səth analizi metodları ilə də tədqiq edilib və kristal quruluşda müxtəlif qeyri-kovalent əlaqələr müşahidə olunub. Bioloji aktivlik S. aureus, E. coli, A. baumannii, P. aeruginosa, və K. pneumonia bakteriyalarına qarşı tədqiq edilib və müsbət nəticələr qazanılıb. Həmçinin, birləşmənin aktivliyi məlum antibiotiklərin (sefotaksim və seftriakson) aktivliyi ilə də müqayisə edilib və sintez olunan birləşmənin həmin antibiotiklərlə müqayisədə daha aktiv olduğu müəyyənləşib. Bioloji aktivliyi izah etmək üçün in siliko tədqiqatlar da yerinə yetirilib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.sciencedirect.com/science/article/abs/pii/S0022286022012273

Xəbər lenti