Logo

Frankofoniya Universitet Agentliyinin regional direktoru Mohamed Ketata ADPU-da olub

24.06.2022 14:58 289 baxış
IMG

İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohamed Ketata və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru dosent Vazeh Əskərov ilə görüş keçirilib. 

Tehsil.biz xəbər verir ki, görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor  Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Xarici Dillər Mərkəzinin fransız dili müəllimləri Səidə Dadaşova, Aytən Cəfərova, Aygün Qocayeva, Nigar Mirzəyeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nurəngiz Mahmudova təmsil ediblər. 

Görüşün əvvəlində ADPU-nun rektoru prof. C.Cəfərov qonaqları salamlayıb, ADPU-nun tarixi, fakültələri, filialları, universitetin fəaliyyət istiqamətləri və həyata keçirdiyi ikili diplom proqramı haqqında qısa məlumat verib. 

Rektor universitetdə xarici dillərin, o cümlədən fransız dilinin tədrisi sahəsində aparılan islahatlardan və bu sahədə universitetin üzləşdiyi çağırışlardan bəhs edib. 

Görüşün təşkilinə görə təşəkkürünü bildirən V.Əskərov ADPU-nun müəllim və tələbələrini UFAZ-da Bakı Frankofoniya Məşğulluq Mərkəzinin açılışına dəvət etdi.  

Görüşün sonunda cənab Mohamed Ketata ADPU-nu ziyarət etməkdən məmnunluğunu bildirərək, öz növbəsində Frankofoniya Universitet Agentliyinin missiyası, fəaliyyəti və universitetlərlə əməkdaşlığı barədə məlumat verdi. 

Görüş zamanı ADPU-nun Frankofoniya Universitet Agentliyinə üzv olacağı barədə razılıq əldə olunub.

Xəbər lenti