Logo

Pedaqoji Universitetdə TİKA ilə əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR

24.06.2022 15:51 335 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram kordinatoru Fatih Yılmaz və TİKA Bakı proqram kordinasiya ofisinin assistenti Elmir Laçınovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, rektor Cəfər Cəfərov qonaqlara ali məktəbin tarixi, fakültələri, filialları, 100 illik fəaliyyəti, Türkiyə universitetləri ilə olan əlaqələri və Qazi Universiteti ilə həyata keçirəcəyi ikili diplom proqramı haqqında məlumat verib.

Görüş zamanı TİKA-nın dəstəyi ilə Türkiyə universitetləri və ADPU arasında ikili diplom, Türkoloji Mərkəzin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Sonra türkiyəli qonaqlar universitetlə tanış olublar.

ğ

ğ

 

Xəbər lenti