Logo

ADPU-nun Frankofoniya Universitet Agentliyinə üzvlüyü ilə bağlı razılıq əldə edilib - FOTO

24.06.2022 16:09 343 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Frankofoniya Universitet Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohamed Ketata və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru dosent Vazeh Əskərovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, fakültələri, filialları, fəaliyyət istiqamətləri və ikili diplom proqramı haqqında məlumat verib. Rektor universitetdə xarici dillərin, o cümlədən fransız dilinin tədrisi sahəsində aparılan islahatlardan da bəhs edib.

V.Əskərov UFAZ ilə AUF arasında əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat verib. O, UFAZ-da Bakı Frankofoniya Məşğulluq Mərkəzinin açılacagını diqqətə çatdırıb.

Sonda M.Ketata ADPU-da olmaqdan məmnunluğunu bildirib, Frankofoniya Universitet Agentliyinin missiyası, fəaliyyəti və universitetlərlə əməkdaşlığı barədə məlumat verib.

Görüş zamanı ADPU-nun Frankofoniya Universitet Agentliyinə üzv olması barədə razılıq əldə edilib.

Xəbər lenti