Rusiyanın Moskva Dövlət Universitetinin müəllimi Mixail Lobanov Ukrayna müharibəsi əleyhinə çıxışlarına görə 15 sutka azadlıqdan məhrum edilib.
Tehsil.biz xəbər verir ki, məlumatı BBC yayıb.
Bildirilib ki, onun həbsinə səbəb Çeçenistanın başçısı Ramzan Kadırova teleqramı və “Vladimir Putinin (Rusiya Prezidentinin nəzərdə tutur - red.) kiçik məğlubedilməz xüsusi əməliyyatı” haqqında çıxışları olub.
Məlumata görə, Rusiya müstəntiqləri onun yazılarında “diskreditasiya, ayrı-seçkilik və düşmənçiliyin qızışdırılması əlamətləri” “aşkarlayıblar”.
Lobanov ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.
Bildirilib ki, iyunun 27-də onun daha bir inzibati iş üzrə məhkəməsi olacaq. Lobanov yaşadığı mənzilin eyvanından müharibə əleyhinə banner asdığı üçün mühakimə olunacaq.
Qeyd edək ki, Mixail Lobanov Rusiya Kommunist Partiyasından Dövlət Dumasına deputatlığa namizəd olub.