Logo

Kiber-fiziki sistemlərdə “fog computing” texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur

24.06.2022 18:40 307 baxış
IMG

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda kiber-fiziki sistemlərdə “fog computing” texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur.

Tehsil.biz xəbər verir ki, kiber-fiziki sistemlər (KFS) rəqəmsal və analoq cihazları, interfeysləri, şəbəkələri, eləcə də kompüter sistemlərini fiziki dünya ilə əlaqələndirir. KFS avtomobil, aviasiya, enerji və digər sahələrdə məlumatları emal edən, xüsusi tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunan kompüter sistemlərinə əsaslanır.

Xəbər lenti