Logo

UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

24.06.2022 20:54 276 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır.

Tehsil.biz xəbər verir ki, bakalavr pilləsində ümumilikdə 22 ixtisas üzrə təkrar ali təhsil üçün ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə aparılır.

Qəbul olmaq istəyənlər sənədlərini yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.

Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Xəbər lenti