Lerik rayonunun M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru Əmirov İlham Əvəz oğlu 2018-ci ildən özünə əlilliyə görə saxta sənədlərlə pensiya düzəldib.
Tehsil.biz xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, o, yalnız özünün yox, tanışlarının da saxta pensiya almasına vasitəçilik edib. Həmin pensiyaların saxta olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən müəyyən edilib və ödənişlər dayandırılıb.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb və istintaq davam etdirilir.