Logo

Şuşa şəhərində toxunmuş əsrarəngiz muncuq tikməli nümunə

25.06.2022 10:59 451 baxış
IMG

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda geyim nümunələri içərisində özünəməxsus yer tutan, göz oxşayan naxışlarla insanı valeh edən 100-dən çox corab nümunəsi qorunur.

Tehsil.biz xəbər verir ki, corablar fondda olan yeganə muncuq tikməli nümunədir. XX əsrin əvvəllərində Şuşa şəhərində toxunmuş tikmə əsəri başdan-başa xalça naxışları ilə bəzədilib. Corabın daban və uc hissəsinə qondarma üsulu ilə bəzək vuraraq estetik baxımlılığı, cazibədarlığı yüksək səviyyəyə çatdırıblar.

Zövqlə toxunan belə corablar uzunboğaz olardı və naxışlarla bəzədilərdi. Yalnız toy günü geyinilən bu tərz corablar uzun müddət yadigar kimi saxlanardı.

Xəbər lenti